Rusiyanın əsas neft emalı zavodu dron hücumundan ciddi zərər çəkib

06.10.2025

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın Leninqrad vilayətindəki  “Kirişinefteorqsintez” neft emalı zavodu Ukraynaya məxsus pilotsuz təyyarələrin hücumundan sonra ən böyük qurğusunun işini dayandırb.

525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin mənbələri bildiriblər ki, ölkənin əsas neft emalı zavodlarından birinin ən məhsuldar neft distillə edən qurğusu olan CDU-6 fəaliyyətini dayandırıb. Bu, oktyabrın 4-də pilotsuz təyyarənin hücumu və yanğından sonra baş verib. Qeyd olunub ki, qurğunun bərpası təxminən bir ay çəkəcək.

“Kirişinefteorqsintez” Ukrayna sərhədindən 800 km-dən çox məsafədə yerləşir və “Surqutneftegaz”a məxsusdur. İllik gücü 10 milyon tondan çox olan Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. 

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью