Rusiyanın əyalətinə növbəti hücum başlayıb

10.03.2025

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərində güclü partlayışlar baş verib.
Reyting.az
bildirir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Partlayış yerli neft emalı zavodunda olub. İlkin məlumatlara görə, Ukrayna pilotsuz təyyarələri müəssisəyə zərbə endirməyə cəhd göstərib, amma onlardan biri zavoda yaxınlaşarkən vurulub.
Ümumilikdə vilayətin dörd yerində partlayış səslərinin eşidildiyi bildirilir. Sakinlər səmada parlaq parıltılar müşahidə ediblər.

ELÇİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью