Rusiyanın futbola qayıtmasını müdafiə edən ölkələr açıqlanıb

19.05.2025

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Paraqvayın Asunsion şəhərində keçirilən Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) konqresində beş Cənubi Amerika ölkəsi Rusiyanın beynəlxalq arenaya qayıtmasını dəstəkləyib.
Demokrat.az
xəbər verir ki, bu barədə "Sport24" məlumat verir.
Mənbə bildirib ki, Cənubi Amerika öz mövqeyini çoxdan bəyan edib - onlar Rusiya komandalarının geri dönməsinin tərəfdarıdırlar. Çili, Kolumbiya, Paraqvay, Uruqvay və Braziliya Rusiyanı dəstəkləyib.
Görüşdə Rusiyanın qayıdışı mövzusunun rəsmi olaraq qaldırılmadığı qeyd edilir. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra  FİFA və Avropa Assosiasiyaları İttifaqı (UEFA) Rusiya millisini və Rusiya klublarını onların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb. 
Əfsanə Kamal
Demokrat.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью