Rusiyanın G7 formatına qayıtması mümkündür Britaniyadan açıqlama

25.02.2025

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Böyük Britaniya Rusiyanın G7 ölkələri sırasına qayıtmasını və bununla da həmin formatın yenidən G8 adlandırılmasını mümkün hesab edir.
Britaniyanın daxili işlər nazirinin müavini Den Cavaris Rusiyanın G7 ("Böyük yeddilik") tərkibinə qayıtmasını, bununla da yenidən G8 qurulacağını mümkün hesab elədiyini söyləyib. Britaniyalı diplomat bu açıqlamanı "The Times Radio" radiostansiyasına müsahibəsində verib.
Onun sözlərinə görə, Birləşmiş Krallığın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampla 27 fevral tarixli görüşündə bu məsələni müzakirə edəcək: "Bu mövzu beynəlxalq müttəfiqlərlə müzakirə ediləcək. Şübhəsiz ki, bu məsələyə Ukraynadakı münaqişə başa çatandan sonra baxılacaq".
Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью