Rusiyanın gecə hücumu: 4 ölü, 80 yaralı var Zelenski

06.06.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Hazırda Rusiyanın Ukraynaya keçirdiyi kütləvi gecə hücumunda 80 nəfər yaralandığı, 4 nəfərin öldüyü məlumdur.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin videomüraciətində bildirilib.

O qeyd edib ki, müxtəlif rayon və şəhərlərdə xilasetmə və qəza-xilasetmə əməliyyatları gün ərzində davam etdirilib:

"Ternopil, Lutsk, Kiyev, Poltava vilayəti, Xmelnitski rayonu, Lvov vilayəti, Çerniqov vilayəti, Odessa vilayəti, Sum vilayəti. Ümumilikdə 80 nəfər xəsarət alıb, hər kəsə yardım göstərilib. Təəssüf ki, ölənlər var. Hazırda ölənlərin dördü məlumdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью