Rusiyanın gerbi dəyişir

01.12.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Rusiyanən gerbində dəyişiklik ediləcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu ay Dövlət Duması Rusiya gerbində tacların və kürələrin üstündə xaçların olmasını nəzərdə tutan qanun layihəsinə baxacaq.
Qanun layihəsi komitə və komissiyalara, hökumətə, Federasiya Şurasına, Hesablama Palatasına və İctimai Palataya göndərilib. Təklif və iradların təqdim edilməsi üçün son tarix dekabrın 4-dür.
Təklif olunan dəyişikliklər “Rusiya Federasiyasının Dövlət Gerbi haqqında” federal konstitusiya qanununun 1-ci maddəsinə aiddir. Təklif gerbin təsvirinə “Rusiya Federasiyasının Dövlət Gerbinin ayrılmaz elementləri olan kiçik tacların, böyük tacın və kürənin üzərində genişləndirici klemensləri olan düz, bərabər dördguşəli xaçlarla həkk olunub” ifadəsi ilə əlavə edilir.
Fuad
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью