Rusiyanın gizli silahı: Ukrayna buna görə geri çəkilir | Icma.az
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiya müasir texnologiyadan istifadə edərək Ukrayna ordusunu geri çəkilməyə məcbur edir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” (VSJ) məlumat yayıb.
“Rusiya hərbçiləri Qırmızı Ordunun zamanla sınaqdan keçirilmiş taktiki sxemlərindən müasir texnologiyalarla birlikdə istifadə edir.
Onlar cəbhə xəttinə nəzarət etmək üçün pilotsuz təyyarələrə üstünlük verir.
Həmçinin artilleriya və aviasiya düşmən mövqelərinə dəqiq zərbələr endirməyə şərait yaradır”, – deyə bildirilib.
Qeyd olunub ki, hücumlar eyni vaxtda və ya dalğalar şəklində olur.
“Bu da Ukrayna hərbçilərini geri çəkilməyə məcbur edir”, – deyə məqalə müəllifi yazıb.
Tam oxu
Xəbəri oxu