525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən gecə Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla həyata keçirdiyi hava hücumlarında 8 nəfər həlak olub, 27 nəfər yaralanıb.
525.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko sosial media hesabında etdiyi paylaşımında bildirib.
Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə qüvvələri 44 raket və 117 dron zərərsizləşdirib.
Kliçko şəhərin müxtəlif rayonlarında infrastrukturun zədələndiyini əlavə edib.
Ukraynadakı bəzi sosial media hesablarında paylaşılan görüntülərə görə, paytaxtda bir çox insan təhlükəsizlik səbəbi ilə Kiyev metro stansiyalarında gecələyib.
İbrahim Cəfərov