Rusiyanın hava hücumundan müdafiə sistemləri iki Storm Shadow raketini vurub

21.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində Britaniya istehsalı olan iki "Storm Shadow" qanadlı raketini vurub.

Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

"Hava hücumundan müdafiə sistemləri vasitəsilə Böyük Britaniya istehsalı olan 2 "Storm Shadow" qanadlı raketi, ABŞ istehsalı olan 6 HIMARS raketi və 67 təyyarə tipli pilotsuz uçuş aparatı vurulub", - deyə məlumatda bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью