Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır. Rusiyanın hərbi poliqona endirdiyi raket zərbəsi nəticəsində çoxlu sayda ukraynalı hə
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Mixail Drapatıy “Facebook” sosial şəbəkəsində məlumat verib.
Ukrayna mətbuatının yazdığına görə, poliqonda 157-ci əlahiddə mexanikləşdirilmiş briqadanın hərbçiləri olublar.
"Təlim poliqonunda baş verən faciə dəhşətli düşmən zərbəsinin nəticəsidir.
Müharibə sürətli qərarlar, məsuliyyət və yeni təhlükəsizlik standartları tələb edir, əks halda biz əldə etdiyimizdən daha çox itiririk", - Drapatıy vurğulayıb.
Onun sözlərinə görə, hazırda faciənin baş vermə şəraiti ilə bağlı araşdırmalar davam etdirilir.
Təsdiqlənməmiş məlumatlara görə, kaset sursatları olan “İsgəndər-M” ballistik raketi ilə hücum martın 1-də baş verib.
Jurnalist Andrey Tsaplienko öz teleqram kanalında bildirib ki, bu zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin kütləvi şəkildə həlak olması barədə məlumat yayılıb.