Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"MAQATE Çernobıl AES-də vəziyyəti yaxından izləyir..." Ukrayna prezidenti Vladimir Zelenskinin bildirdiyinə görə, Rusiya ordusu yanvarın 20-nə keçən gecə Ukraynaya qarşı ballistik və qanadlı raketlər, eləcə də 300-dən çox dronla kütləvi hücum həyata keçirib.
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
Kütləvi raket zərbələri və humanitar böhran Zərbələr Kiyev və Kiyev vilayəti ilə yanaşı, Vinnitsa, Dnepr, Odessa, Poltava, Sumı vilayətləri və Zaporojye şəhərini əhatə edib.
Zelenski qeyd edib ki, ən ağır vəziyyət Kiyevdə müşahidə olunur: minlərlə yaşayış binası istiliksiz qalıb.
Onun sözlərinə görə, "dünya bu barədə susmamalıdır", çünki yalnız "öldürmək və insanlara zülm etmək" niyyəti güdən bir dövlət digər ölkələrlə bərabər mövqedə dayana bilməz.
Kiyev meri Vitali Kliçkonun açıqlamasına əsasən, atəşlər nəticəsində paytaxtda 5 635 çoxmənzilli bina istilik təchizatından məhrum olub.
Bu binaların təxminən 80 faizi yanvarın 9-da baş vermiş əvvəlki hücumlardan sonra istiliyi bərpa edilmiş evlər idi.