Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Ukrayna paytaxtı Kiyevdə dron hücumları zamanı azərbaycanlı həlak olub.
Axar.az Report-a istinadla xəbər verir ki, ölən şəxs 71 yaşlı Ukrayna vətəndaşı Əkbərov Aşur Bəhlul oğludur.
Məlumata görə, əslən Azərbaycanın Lənkəran rayonundan olan A. Əkbərov Kiyevin Vişnevka rayonunda yaşayıb.
Sentyabrın 27-si səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna tuş gəlib, yerindəcə keçinib.