Icma.az bildirir, Azertag portalına istinadən.
Kiyev, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-ü gecəsi Rusiyanın Xarkova hücumu nəticəsində 73 nəfər yaralanıb.
AZƏRTAC bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” kanalında paylaşımına istinadla xəbər verir.
Müstəntiqlərin məlumatına görə, noyabrın 3-də, təxminən saat 03:20-də Rusiya hava qüvvələri Xarkovun Nemışlyanski rayonuna hücum edib. Hücum nəticəsində şəhər xəstəxanasının fasadına və şöbələrdən birinə ziyan dəyib, pəncərələr sınıb.
Xəstəxanadakı xəstələr, tibb işçiləri və yaxınlıqdakı evlərin sakinləri də daxil olmaqla yetmiş üç nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları sursatın qalıqlarını aşkar ediblər. İlkin məlumatlara görə, bu, UMPK-5R idarəetmə modulu olan FAB-250 hava bombası ola bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev