Rusiyanın ilk qaradərili deputatı vəfat edib

22.01.2025

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın ilk qaradərili deputatı ötən ilin dekabrında insultdan dünyasını dəyişib.

AzPost bildirir ki, o, bir gün əvvəl vətəni Benində dəfn edilib.

Jan Qrequar Saqbo Tver vilayətinin Konakovo rayonunun Deputatlar Məclisinin üzvü olub. O hələ Sovet dövründə Rusiyaya köçüb. Burada təhsil alıb və sevgisini- ona iki uşaq dünyaya gətirən sinif yoldaşı Svetlananı tapıb.

1980-ci illərin sonlarında o, Benində həbs edilib, üç ildən sonra oradan qaçıb.

Rusiyada o, postsovet tarixində ilk qaradərili deputat olub. 2010-cu ildə Zavidovo kəndinin Deputatlar Sovetinə deputat seçilib. Onu Barak Obama ilə müqayisə edirdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью