Rusiyanın interneti kəsilir

24.11.2025

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyadakı mobil rabitə operatorları təhlükəsizlik tədbirləri çərçivəsində mobil internet xidmətlərində müvəqqəti məhdudiyyətlərin ola biləcəyini bildiriblər.

"Cebheinfo.az" xəbər verir ki, MTS və T2 istifadəçilərinə göndərilən xəbərdarlıqlarda bəzi bölgələrdə bağlantının tamamilə kəsiləcəyi və ya sürətin azaldıla biləcəyi qeyd olunub. Mesajlarda bu tədbirlərin “təhlükəsizlik tədbirləri” çərçivəsində həyata keçirildiyi vurğulanıb.

Operatorlar mobil internet məhdudlaşdırılsa belə, müəyyən xidmətlərə çıxışın qorunacağını açıqlayıblar. Açıq qalması təmin edilən bu “ağ siyahı”da aşağıdakılar yer alacaq:

- Dövlət xidmət portalı
- Taksi tətbiqləri,
- Gündəlik istifadədə geniş yayılmış bəzi rəqəmsal xidmətlər.

Beləliklə, istifadəçilər əsas ictimai xidmətlərə və nəqliyyat tətbiqlərinə çıxış əldə etməyə davam edə biləcəklər.

Rusiyanın Rəqəmsal İnkişaf naziri Maksut Şadayev daha əvvəl verdiyi açıqlamada “ağ siyahı”da yer alan platformaların sayının hər həftə artırılacağını bildirmişdi. Şadayev yeni xidmətlərin mütəmadi olaraq qiymətləndirilib siyahıya əlavə ediləcəyini, bununla da istifadəçilərin zəruri ehtiyaclarını qarşılamaqda çətinlik yaşamamasının hədəfləndiyini qeyd etmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью