Rusiyanın İsveçdəki səfirliyi növbəti dəfə dron hücumuna məruz qalıb

07.09.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın İsveçdəki səfirliyi növbəti dəfə dron hücumuna məruz qalıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd olunub ki, bu səhər Rusiyanın İsveçdəki səfirliyinə PUA ilə yenidən hücum edilib və oradan diplomatik nümayəndəliyin ərazisinə boya ilə plastik torba atılıb.

Səfirliyə birinci dəfə bu ilin mayın 25-də PUA hücumu olub. Daha sonra iyunun 17-də, iyulun 5-də və avqustun 21-də Rusiyanın Stokholmdakı Ticarət Nümayəndəliyinə bu şəkildə hücum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью