Rusiyanın kabus donanması

02.10.2025

Missiya.az saytına istinadən Icma.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron Avropa ölkələrini Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kabus donanması”na qarşı daha sərt tədbirlər görməyə çağırıb.

Missiya.Az  xəbər verir ki, Fransa ötən gün Rusiya ilə əlaqələndirilən “Boracay” və “Pushpa” adlı iki tankeri ələ keçirib. Gəmilər “bayraqsızlıq” və “əmrlərə tabe olmamaq” maddələri ilə araşdırılır. İki ekipaj üzvü həbs olunub.

Makronun sözlərinə görə, bu cür tankerlərin saxlanması Rusiyanın müharibə maliyyəsini zəiflədə bilər. Ekspertlər bu tip gəmilərin dron fəaliyyətləri ilə də əlaqəli ola biləcəyini istisna etmir.

Seyranə Quliyeva
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью