Rusiyanın keçmiş xarici işlər naziri xarici agent elan olunub

11.04.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev xarici agent elan olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi Kozırevi xarici agentlərin reyestrinə daxil edib.

Qeyd edək ki, Andrey Kozırev 1990-1996-cı illərdə Rusiya xarici işlər naziri vəzifəsini tutub.

Hazırda ABŞ-da yaşayan keçmiş nazir Rusiya hakimiyyətinin əleyhinə çıxışlar edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью