Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ olub

10.10.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiyanın Kemerovo vilayətində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru İlya Seredyuk “Max” platformasında məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanlar oktyabrın 10-da Prokopyevsk bələdiyyə dairəsində, Krasnobrodski qəsəbəsi yaxınlığında baş verib.

Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinin məlumatına əsasən, zəlzələ Qrinviç vaxtı ilə saat 00:47-də qeydə alınıb.

Qubernator bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, dağıntı qeydə alınmayıb. Bütün infrastruktur sistemləri normal rejimdə fəaliyyət göstərir. Zəlzələ zonasındakı müəssisələrin işində hər hansı pozuntu barədə də məlumat daxil olmayıb.

Prokopyevsk dairəsinin rəhbəri Natalya Şabalinanın sözlərinə görə, ərazidə yaşayış binalarının vəziyyəti yoxlanılır.

Vilayətin kömür sənayesi naziri Andrey Brijak isə qubernatora kömür müəssisələrinin adi iş rejimində fəaliyyətini davam etdirdiyini məruzə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью