Rusiyanın kəşfiyyat gəmisi saxlanılıb

03.11.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“The Telegraph” xəbər verir ki, Rusiyanın “Viktor Leonov” kəşfiyyat gəmisi Şotlandiyanın Outer Hebrid adaları yaxınlığında müşahidə edilib. Gəminin hərəkətini izləmək üçün Britaniya Hərbi Dəniz Qüvvələrinin “Merlin” helikopterləri səfərbər olunub. Britaniya HDQ-nin noyabrın 2-də yaydığı məlumata əsasən, “Vişnya” sinfinə aid kəşfiyyat gəmisi sentyabrın 29-dan oktyabrın 8-dək bölgədə fəaliyyət göstərib. Bu müddət ərzində gəmi NATO-nun “Strike Warrior” hərbi təlimlərində iştirak edən döyüş gəmilərini yaxından izləyib. Qeyd edək ki, sözügedən təlimlərə NATO-ya üzv 6 ölkədən 2 min hərbçi cəlb olunub.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью