Rusiyanın Kirov vilayətinə raket hücumunda 6 nəfər ölüb

24.07.2026

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Kirov vilayətində bir müəssisəyə raket hücumu nəticəsində 6 nəfər ölüb, 26 yaralı var.

AZƏRTAC xəbər verir ki, bu barədə Kirov vilayətinin qubernatoru Aleksandr Sokolov məlumat verib.

O, hücumdan sonra baş verən yanğının söndürüldüyünü bildirib. Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Vilayət qubernatoru əlavə edib ki, mütəxəssislər yaxınlıqdakı yaşayış binalarında mümkün ziyanı yoxlayırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью