Rusiyanın Kiyevə raket zərbəsi nəticəsində bir nəfər ölüb, onlarla yaralı var

31.07.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Rusiyanın Kiyevə endirdiyi raket zərbəsi nəticəsində 43 nəfər yaralanıb, bir nəfər həlak olub.

Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

Qeyd olunur ki, zərbənin nəticələri bir neçə rayonda müşahidə olunur, evlər zədələnib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 26 nəfər paytaxtın tibb müəssisələrinə yerləşdirilib, həlak olan qadının cəsədi dağıntılar altından çıxarılıb.

Qurumdan bildirib ki, yaralananlar arasında çağırışa gedən üç polis əməkdaşı da var.

"Zərbələrdən biri yaşayış binasına düşüb. Binann bir girişi tamamilə dağıdılıb", - məlumatda deyilir.

/report

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью