Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə təşkil etdiyi hava hücumu nəticəsində iki nəfər həlak olub, daha altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
XQ xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat yayıb.
Şəhər merinin sözlərinə görə, yaralananlardan üçü dərhal xəstəxanaya yerləşdirilib: “Kiyevdə düşmən hücumu nəticəsində iki nəfər həyatını itirib. Paytaxtın daha altı sakini xəsarət alıb ki, onların da arasında 16 yaşlı yeniyetmə var”.
Məlumata görə, gecə saatlarında yerli hakimiyyət orqanları tərəfindən şəhərdə hava həyəcanı elan edilib. Hücum zamanı paytaxtın Darnitsa rayonunda raket qalıqlarının qeyri-yaşayış sahəsindəki tikililərin üzərinə düşməsi nəticəsində güclü yanğın qeydə alınıb. Svyatoşin rayonunda isə anbar binalarının hava zərbələrinə məruz qaldığı bildirilir.