Rusiyanın Krasnoyarsk şəhərinin meri saxlanıldı

09.06.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loginov saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə yerli KİV hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, Krasnoyarsk meri rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Mer saxlanılandan sonra Krasnoyarsk administrasiyasında axtarışlar aparılır.

Barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Loginovun Moskvaya "etap" olunacağı bildirilib.

Qeyd edək ki, Krasnoyarsk Rusiyanın altıncı, Sibir regionunun isə ən böyük şəhəridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью