Rusiyanın Krivoy Roqa hücumunda ölənlərin sayı 14 ə ÇATDI

21.08.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki ticarət mərkəzinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 14 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün teleqram kanalında bildirib.

"Krivoy Roqda rusların ticarət mərkəzinə hücumu nəticəsində artıq 14 nəfər həlak olub", - o qeyd edib.

Onun sözlərinə görə, 22-si uşaq olmaqla, 121 nəfər yaralanıb, 29 zərərçəkmişin, o cümlədən beş uşağın vəziyyəti ağır qiymətləndirilir.

"İtkin düşənlər var, onlarla əlaqə saxlamaq mümkün olmur", – A. Qanja əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью