Rusiyanın kütləvi hücumu: ölü və yaralılar var

29.03.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ötən gün axşam saatlarında Rusiya ordusunun PUA-larla kütləvi hücumu nəticəsində Dneprdə bir neçə yerdə yanğın baş verib, 4 nəfər isə ölüb.

Axar.az xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri Sergey Lısak məlumat yayıb.

Onun sözlərinə görə, 15 nəfər də yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, ötən gün gecə saatlarında Dneprdə partlayışlar baş verdiyi haqda məlumat yayılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью