Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Vadim Vorobyovdan AZƏR…
Icma.az, Azertag saytına istinadən bildirir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Zati-aliləri.
Sizi doğum gününüz münasibətilə “LUKOYL” şirkətinin adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan bu gün dinamik inkişaf edən, səmərəli beynəlxalq əməkdaşlığa açıq dövlətdir.
Sizin rəhbərliyinizlə ölkədə sabit iqtisadi və siyasi vəziyyətin qorunub saxlanılması üçün düşünülmüş tədbirlər sistemi öz səmərəliliyini sübut edir.“LUKOYL”un Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı bildirirəm.
Biz mövcud layihələr üzrə öhdəliklərimizi tam şəkildə yerinə yetirmək, eləcə də azərbaycanlı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və gücləndirmək üçün bütün səylərimizi göstərəcəyik.Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə, Vadim Vorobyov Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu