Rusiyanın Marseldəki konsulluğuna hücumla bağlı iki nəfər saxlanılıb

25.02.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Marseldəki Baş Konsulluğuna hücumda şübhəli bilinən iki nəfər polis tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə şəhər prokurorluğu məlumat verib.

"Marsel prokurorluğu iki yetkin vətəndaşın saxlanmasını və onlar haqqında həbs qətimkan tədbirinin seçilməsini təsdiqləyir", - məlumatda deyilir.

Məlumata görə həmin şəxslərdən biri 1965, ikincisi isə 1977-ci il təvəllüdlüdür. Onların hər ikisi Fransa vətəndaşıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью