Rusiyanın MDBdə sədrliyi dövründə nələr dəyişib? Kalaşnikov açıqladı

21.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Rusiyanın MDB-də sədrliyi dövründə regional təhlükəsizliyin təmin edilməsinə diqqət artırılıb”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib.

O bildirib ki, MDB ölkələri arasında iqtisadi qarşılıqlı fəaliyyət qeyri-qanuni sanksiyalara baxmayaraq müsbət dinamika ilə davam edir.

“Rusiyanın MDB-də sədrliyi dövründə regional təhlükəsizliyin təmin edilməsi məsələlərinə diqqət artıb. 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinin qeyd olunmasına hazırlıq əsas prioritetlərdəndir”, – deyə Kalaşnikov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью