Rusiyanın məqsədi Krımı, Donbası almaq olmayıb Lavrov

19.08.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynada rusların hüquqları tam şəkildə təmin olunmadan və Rusiyanın təhlükəsizliyinə hörmət göstərilmədən uzunmüddətli razılaşmalardan danışmaq mümkün deyil.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Rusiya heç vaxt Krımı, Donbası və ya Novorossiyanı almağı qarşısına məqsəd qoymayıb. Əsas vəzifə rusların müdafiəsi idi. Rusiyanın əsas məqsədi ərazi əldə etmək yox, Ukraynadakı rusların hüquqlarını və təhlükəsizliyini qorumaq olub”, - Lavrov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью