Rusiyanın məşhur bankı “qara siyahı”da

15.09.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Amerika Birləşmiş Ştatları Rusiyanın en böyük maliyyə qurumlarından biri və dövlət payı olan "VTB Bank"a qarşı yeni, daha sərt sanksiyalar tətbiq edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəsmi məlumat yayıb.

Dövlət Departamentinin bəyanatında bildirilir ki, "VTB Bank" Tehran rejiminin beynəlxalq sanksiyalardan yayınması prosesində fəal iştirak edib. Qurumun qanunsuz maliyyə əməliyyatları vasitəsilə İranın beynəlxalq məhdudiyyətləri yan keçməsinə və terrorizmə verdiyi dəstəyi davam etdirməsinə birbaşa köməklik göstərdiyi vurğulanır. Dominos pizza

Qərarın şərtlərinə əsasən, "VTB Bank"ın ABŞ yurisdiksiyasında olan bütün aktivləri bloklanır və amerikalı fiziki, eləcə də hüquqi şəxslərə bu bankla hər hansı maliyyə əməliyyat aparmaq qətiyyətlə qadağan edilir. Aynı zamanda bankla əməkdaşlığı davam etdirəcək üçüncü ölkələrin maliyyə institutlarının da ikincili sanksiyalarla üzləşəcəyi xəbərdarlığı edilib.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью