Rusiyanın məşhur futbol klubuna transfer qadağası qoyulub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

06.12.2024

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

FIFA Rusiyanın ÇSKA və "Ximki" klublarına transfer qadağası qoyub.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Hər iki komanda 2026-cı ilin yayınadək heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.

ÇSKA-nın kommunikasiya direktoru Kirill Breydo məsələ ilə bağlı açıqlama verib. O, Çidera Ecukenin keçidinə görə Niderland təmsilçisi "Herenven"ə borcları olduğu üçün bu cəza ilə üzləşdiklərini söyləyib.

Rusiya klubu tələb olunan məbləğin İngiltərə təmsilçisi "Vest Hem" tərəfindən ödəniləcəyini gözləyib. Londonlular Nikola Vlaşiçin transferinə görə Moskva klubuna 20 milyon avro borcludur.

///report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью