Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginliyin inkişafını diqqətlə izlədiyini bildirib və hər iki ölkəni təmkinli olmağa çağırıb.
"Türkiyənin həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri var.
Biz gərginliyi diqqətlə izləyirik və hər iki ölkəni təmkinli olmağa çağırırıq", - deyə Ərdoğan bildirib.
Prezident həmçinin baş verən “kədərli hadisələrin” Moskva ilə Bakı arasındakı əlaqələrə “bərpa olunmaz ziyan” vurmayacağına ümid etdiyini bildirib.
Siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir və Rusiya ilə Azərbaycan arasında baş verən gərginlik təbii ki, Türkiyəni narahat etməyə bilməz: “Türkiyə prezidenti bu açıqlaması ilə proseslərə biganə qalmayacağının mesajını verdi.
Əvvəlki dönəmlərdən fərqli olaraq, Rusiyanın Azərbaycana qarşı ciddi təzyiq kartları mövcud deyil.
Miqrant kartından Azərbaycana qarşı istifadə etmək cəhdləri Azərbaycanın siyasi iradəsinə təsir edə bilməz.