Rusiyanın miqrantlara qarşı sərtləşdirdiyi qaydalar özünə zərbə vuracaq | Icma.az
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Rusiyanın miqrantlara qarşı sərtləşdirdiyi qaydalar özünə zərbə vuracaq".
Milli.Az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, Rusiyanın miqrantlara qarşı qaydaları sərtləşdirməsi ən böyük zərbəni elə Rusiyanın özünə vuracaq.
"Əvvəla ona görə ki, onsuz da artıq Rusiyada ciddi demoqrafik problemlər mövcuddur.
Əhalinin azalması və yaşlanması qarşısı alınmaz hala gəlib. Yeni qaydalar miqrant axınının azaldaraq bu problemləri daha da dərinləşdirəcək.
Digər tərəfdən Rusiyada ciddi İşçi qüvvəsinin çatışmazlığı mövcuddur.
Bu qərar tikinti, kənd təsərrüfatı, xidmət və sənayedə daha da cətin vəziyyət yaradacaq.
Çünki, bu sektorlarda işçi qüvvəsi çatışmazlığı artacaq. Bu isə ümumi iqtisadi artım tempini belə ləngidə bilər.
Tam oxu
Xəbəri oxu