Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ölkə XİN-nin açıqlaması ictimaiyyəti çaşdırmağa hesablanıb Ötən ilin sonlarından Rusiya ilə Azərbaycan arasında münasibətlərin soyuqlaşmasının səbəbkarı ölkəmiz deyil.
Bu münasibətlərdə mövcud vəziyyət qarşı tərəfin adekvat olmayan davranışları səbəbindən yaranıb.
Hazırda da Rusiyada davamlı olaraq ölkəmizə qarşı qərəzli kampaniya aparılır. Nəzərə alaq ki, Azərbaycan və Rusiya qonşu dövlətlərdir.
Eyni coğrafiyanı bölüşmələri ölkələrin regional maraqlarını uzlaşdırmaq zərurətini ortaya çıxarır.
Hər iki dövlət Xəzər hövzəsi regionunun sabitliyi, təhlükəsizliyi və burada əməkdaşlıq, qarşılıqlı etimad mühitinin bərqərar olması naminə birgə səylər göstərməlidir.
Qarşılıqlı əlaqələrdə regional maraqlar, qonşuluq münasibətləri, ölkələrin müstəqilliyi və suverenliyi mütləq nəzərə alınmalıdır.
Xüsusilə, iki ölkə arasında 2022-ci il 22 fevral tarixində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanmasını xatırlatmaq yerinə düşər.