Rusiyanın müəmmalı yanacaq ixracı

13.10.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya- Ukrayna müharibəsindən əvvəl, 2021-ci ildə ölkədə mövcud neft emalı zavodları 80,33 milyon ton dizel yanacağı istehsal edilib. İllik emal həcminin 49,241 milyon tonu ixraca yönəldilmişdi”. 

“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib. Ekspertin sözlərinə görə, liman və gəmi izləmə məlumatlarına əsasən, Cənubi Koreya iyul və avqust ayları ərzində Rusiyaya əsasən dizel yanacağı olmaqla 176.000 ton yanacaq göndərib: “Sanksiyalardan yayınmaq üçün dəniz tədarükündə müxtəlif sxemlərdən istifafə edilib.

Bəzi gəmilər Vladivostoka yola düşməzdən əvvəl təyinat məntəqəsi kimi Yaponiya və ya Sinqapuru göstərib , bəzi gəmilər isə yanacağı Cənubi Koreya sahillərində "gəmidən - gəmiyə" ötürmə üsulu ilə qəbul edib. Təkcə avqust ayında Rusiya dəniz yolu ilə 368.000 ton neft məhsulu idxal edib ki, bu idxal həcmlərinin 112.000 tonu Cənubi Koreyaya məxsusdur. Ukrayna ilə davam edən müharibənin gedişində emal gücləri və bütövlükdə neft təsisatları ciddi texnoloji zədə almış Rusiyanın dizel yanacağı ixracı çox müəmmalı görünür”.

Nigar 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью