Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın mühacirətdə olan müxalifəti, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə müharibəsinə son qoyacağına dair seçkiqabağı vədlərini yerinə yetirməsini gözləyərkən, ortaq strategiya təşkil etməyə çalışır.
Ukraynada təxminən üç ildir davam edən tammiqyaslı müharibədən sonra Rusiyada Prezident Vlaidmir Putinin əleyhdarları çətin bir yol ayrıcındadır.
Müxalifət hərəkatının tanınmış simaları mühacirətdə olduğu, geridə qalanlar isə ya səssiz qalmağa məcbur edildiyi, ya da həbs təhlükəsi ilə üzləşdiyi bir vaxtda, müxalifətin dəqiq bir lideri yoxdur.
Putinin əsas rəqiblərindən İlya Yaşin avqust ayında tarixi məhbus mübadiləsi nəticəsində Rsuiya həbsxanasından sərbəst buraxılandan bəri yaşadığı Berlində Amerikanı Səsinə danışıb.
“Rusiya müxalifətinin lideri var idi, Boris Nemtsov. O öldürüldü. Rusiya müxalifətinin bir başqa bir lideri var idi, Aleksey Navalnı.
O həbs edildi və həbsxanada zəhərləndi. Bu gün tək bir nəfər ətrafında cəmləşmək kimi təcili bir tapşırıq yoxdur.
Mənə elə gəlir ki, ortaq dəyərlər ətrafında cəmləşmək daha çox vacibdir,” Rusiya müxalifətinin lideri İlya Yaşin deyib.