Rusiyanın müharibədə ölən əsgərlərinin dəqiq sayı

25.02.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2022-ci il 24 fevraldan – Ukraynada müharibə başlayandan bəri 3 il ərzində Rusiyanın 165 minə yaxın əsgər, zabit və muzdlusu ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Meduza” və “Mediazona” birgə məlumat yayıb.

Bildirilib ki, bu rəqəm “konkret sənədlərin müqayisəsi və təhlilinin” nəticəsidir.

Statistikaya Rusiya tərəfində döyüşən digər ölkələrin vətəndaşları daxil edilməyib. Eyni zamanda, bu rəqəmə yaralılar da daxil deyil: çünki hətta ağır xəsarətlər ölümlə nəticələnmirsə, vərəsəlik işlərinin statistikasında və xatirə siyahılarında öz əksini tapmır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью