Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az Telegram-kanalların məlumatına və yaydığı video-görüntülərə istinadən xəbər verir ki, Stavropol diyarının Budyonnovsk şəhərində “Lukoyl” qrupuna daxil olan “Stavrolen” neft-kimya zavodunda yanğın baş verib. Ulyanovsk vilayətinin Novospasskoye şəhərindəki “NS-Oil” və Yoşkar-Olanın şimalındakı Mariyski neft emalı zavodları da zərər çəkib.
Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Stavropol diyarının qubernatoru Vladimir Vladimirov hücumları təsdiqləyərək, tələfatın və ya əhəmiyyətli dağıntıların olmadığını bildiriblər. Mari-El respublikasının rəsmiləri vəziyyətlə bağlı hələlik şərh verməyib.
- “Stavrolen” zavodundakı yanğın Budyonnovskın müxtəlif yerlərindən görünürdü, Mari-Eldə çəkilmiş kadrlarda isə sənaye zonasının üzərində parıltı görünür”, - telegram-kanallar qeyd edir.
Rusiyanın Müdafiə nazirliyi, öz növbəsində, gecə ərzində 100-ə yaxın PUA-nın, o cümlədən Moskvaya doğru uçan bir neçəsinin “tutulduğunu” açıqlayıb.
Qeyd edək ki, “Stavrolen” zavodu Şimali Qafqaz Federal Dairəsində polietilen və polipropilen istehsal edən ən böyük müəssisələrdən biridir. “NS-Oil” neft emalı zavodu ildə təxminən 30 min ton neft, Mari-El müəssisəsi isə benzin və mazut daxil olmaqla hər il 1,6 milyon tona qədər yanacaq emal edir.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Stavropol diyarının qubernatoru Vladimir Vladimirov hücumları təsdiqləyərək, tələfatın və ya əhəmiyyətli dağıntıların olmadığını bildiriblər. Mari-El respublikasının rəsmiləri vəziyyətlə bağlı hələlik şərh verməyib.
- “Stavrolen” zavodundakı yanğın Budyonnovskın müxtəlif yerlərindən görünürdü, Mari-Eldə çəkilmiş kadrlarda isə sənaye zonasının üzərində parıltı görünür”, - telegram-kanallar qeyd edir.
Rusiyanın Müdafiə nazirliyi, öz növbəsində, gecə ərzində 100-ə yaxın PUA-nın, o cümlədən Moskvaya doğru uçan bir neçəsinin “tutulduğunu” açıqlayıb.
Qeyd edək ki, “Stavrolen” zavodu Şimali Qafqaz Federal Dairəsində polietilen və polipropilen istehsal edən ən böyük müəssisələrdən biridir. “NS-Oil” neft emalı zavodu ildə təxminən 30 min ton neft, Mari-El müəssisəsi isə benzin və mazut daxil olmaqla hər il 1,6 milyon tona qədər yanacaq emal edir.
— Ahmadov (@BigAhmadov) October 29, 2025
Sahil İsgəndərov
AzVision.az