Rusiyanın neft emalı zavoduna zərbə endirildi

25.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiyanın Tümen neft emalı zavoduna (NEZ) pilotsuz uçuş aparatı (PUA) ilə endirilən zərbə nəticəsində ərazidə yanğın baş verib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Tümen vilayətinin qubernatoru Aleksandr Moor "Max" platformasında məlumat verib.

“Ukrayna ordusuna məxsus pilotsuz uçan aparatın Tümen neft emalı zavodunun ərazisinə düşməsi nəticəsində baş verən partlayış yanğına səbəb olub. Hazırda təcili yardım xidmətləri hadisə yerindədir”,  - deyə Mur bildirib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью