Rusiyanın neft qaz gəlirləri xeyli azalıb

11.08.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

2026-cı ilin ilk yeddi ayının yekunlarına görə, Rusiya büdcəsinin enerji resurslarının satışından əldə etdiyi ümumi gəlirlər nəzərəçarpacaq dərəcədə azalıb.

Moderator.az bildirir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Qurumun ilkin qiymətləndirməsinə əsasən, bu müddət ərzində neft-qaz gəlirləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16.8 faiz azalıb. Yanvar-iyul aylarında daxilolmaların həcmi təxminən 4.6 trilyon rubl (təqribən 95 milyard manat - red.) təşkil edib.

Maliyyə Nazirliyi bu dinamikanı əvvəlki dövrlərdə enerji resurslarının qiymətlərinin aşağı düşməsi ilə əlaqələndirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью