Rusiyanın neft sənayesinə 100 milyard ziyan vurulub İnqrem

29.09.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynanın neft və qaz sənayesinə hücumları Rusiyaya 100 milyard dollar ziyan vurub.

Axar.az xəbər verir ki, bunu britaniyalı hərbi ekspert Filip İnqrem “San” nəşrinə açıqlamasında deyib.

“Bu hücumlar Putinin hərb maşınını sıradan çıxarır və sıravi ruslar müharibəni hiss etməyə başlayır. Artan yanacaq qiymətləri və yanacaqdoldurma məntəqələrindəki nasazlıqlar onların gündəlik həyatına birbaşa təsir göstərir”, - İnqrem bildirib.

Onun sözlərinə görə, neft sənayesinə zərbələr ciddi yanacaq çatışmazlığına səbəb ola və Moskvanın müharibəni davam etdirmək qabiliyyətinə böyük təzyiq göstərə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью