Rusiyanın neft və qaz gəlirləri azalıb

06.10.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 6 oktyabr, AZƏRTAC

Bu ilin 9 ayında Rusiyanın neft və təbii qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 faiz azalaraq 5,47 trilyon rubla (təxminən 64,3 milyard dollar) düşüb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Rusiyanın Maliyyə Nazirliyinin məlumatına görə, sentyabrda neft və təbii qazdan əldə edilən büdcə gəlirləri keçən ilin eyni ayı ilə müqayisədə 22,3 faiz azalaraq 452,4 milyard rubla enib, avqust ayı ilə müqayisədə isə 6,7 faiz artıb.

Beləliklə, yanvar-sentyabr ayları ərzində neft və təbii qaz gəlirləri ötən ilin eyni dövründəki 6,61 trilyon rublla müqayisədə 17,2 faiz azalaraq 5,47 trilyon rubla düşüb.

Neft qiymətlərinin artmasına baxmayaraq, dünyanın ən böyük karbohidrogen istehsalçılarından biri olan Rusiya istehsalın azalması və rublun dollara nisbətən bahalaşması səbəbindən enerji gəlirlərində təzyiqlə üzləşir.

Rusiyanın maliyyə naziri Anton Siluanova görə, federal büdcə kəsiri bu il ümumi daxili məhsulun (ÜDM) 3 faizinə çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью