Rusiyanın nəhəng qaz emalı zavodu vuruldu

09.10.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyanın Volqoqrad vilayətinin Kotovo vilayətində yerləşən “Lukoyl-Korobkovski” qaz emalı zavodu PUA hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, PUA zərbələri nəticəsində zavodda güclü yanğınlar baş verib. Yanğınlar hətta NASA-nın FİRMS yanğın monitorinqi peyki tərəfindən də qeydə alınıb.

Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov isə bildirib ki, vurulan dronların qalıqları yanğına səbəb olub.

Qeyd edək ki, “Lukoyl-Korobkovski” zavodu Rusiyanın Cənub Federal Dairəsində ən böyük təbii qaz emalı müəssisəsidir. Zavodun illik emal gücü 450 milyon kubmetr qaz təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью