GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“The Telegraph” nəşri müharibənin davam etdiyi 37 ay ərzində Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərinin miqyasını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat nəşrin məqaləsində yer alıb.
Nəşrin qeydlərinə görə, 3 il ərzində Ukraynanın 70 min kvadrat metr ərazisi Rusiyanın nəzarətinə keçib ki, bu da Belçika və Niderlandın birgə sahələrinə bərabərdir.
“Moskva işçi qüvvəsi çatışmazlığını kompensasiya etmək və ələ keçirilmiş ərazilərdə nəzarəti möhkəmləndirmək üçün həmin bölgələrə yüz minlərlə rusiyalını köçürüb”, – məqalədə deyilir.
Aysel Əliyeva
Globalinfo.az