Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya–Ukrayna müharibəsində gərginlik getdikcə daha təhlükəli xarakter alır.
Kiyevin Rusiya ərazisinin dərinliklərinə zərbə endirməsindən sonra dünən Moskvanın Ukraynanı daha ölümcül raket zərbəsi ilə vurduğu bildirilir.
Hər iki tərəfdən verilən açıqlamalar, Ukraynanı dəstəkləyən Qərb ölkələrindən səsləndirilən bəyanatlar və atılan addımlar belə deməyə əsas verir ki, Rusiya–Ukrayna müharibəsi sülhə gedən yolu yenidən bağladı.
Ukraynanın Rusiyanı Qərb raketləri ilə vurması perspektivinin müzakirəsi fonunda Prezident Vladimir Putin Rusiya Federasiyasının yenilənmiş nüvə doktrinasını təsdiqlədi.
O, Ukrayna Silahlı Qüvvələrinin Qərbin qeyri-nüvə raketlərindən istifadəsinə nüvə reaksiyasının mümkünlüyünü nəzərdə tutur.
Moskva açıq şəkildə bildirir ki, münaqişə kəskinləşərsə, o öz suverenliyini hər vasitə ilə müdafiə etmək niyyətindədir.
Doktrinada qeyd olunduğu kimi, nüvə silahından istifadə Rusiyanın suverenliyini qorumaq üçün son çarə olacaq.