Rusiyanın olimpiya çempionu olan tennisçisi karyerasını başa vurub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

22.11.2024

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyalı məşhur tennisçi Yelena Vesnina karyerasını başa vurub.

38 yaşlı idmançı bu barədə şəxsi sosial şəbəkə hesabında yazıb.

Vesnina ona daim dəstək olduğu üçün ailəsinə, valideynlərinə və həyat yolaşına təşəkkür edib.

Qeyd edək ki, Yelena Vesnina 2016-cı ildə keçirilən Yay Olimpiya Oyunlarında Yekaterina Makarova ilə birlikdə cütlüklərin yarışında qızıl medal qazanıb. O, dörd il sonra Tokio olimpiadasında qarışıq cütlüklərin mübarizəsində isə gümüş mükafata sahib çıxıb. Təcrübəli tennisçi üç WTA titulunu da qazanıb.

///report

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью