Rusiyanın Oryol vilayəti Azərbaycana raps şrotu tədarükünə başlayıb

29.11.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Oryol vilayəti Azərbaycana iribuynuzlu raps şrotunun ilk partiyasını göndərib.

“Report” bu barədə “Rosselxoznadzor”a istinadən xəbər verir.

"2024-cü il noyabrın 28-də “Rosselxoznadzor”un Oryol və Kursk vilayətləri üzrə İdarəsinin əməkdaşlarının nəzarəti altında Oryol vilayətindən Azərbaycana ümumi çəkisi 210 ton olan raps şrotunun ilk partiyası ixrac edilib", - məlumatda qeyd olunub.

Bildirilib ki, göndərilən məhsulun keyfiyyəti və təhlükəsizliyi laboratoriya sınaqlarının protokolları ilə təsdiq edilib.

Qeyd edək ki, raps şrotu, mal-qara və quşların yemlənməsində geniş istifadə olunur.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью