Rusiyanın ötən ay neft və qaz gəlirləri artıb

06.11.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiyanın neft və təbii qaz gəlirləri oktyabr ayında əvvəlki aya nisbətən ikiqatdan çox artaraq 971,2 milyard rubla (təxminən 11,9 milyard dollar) çatıb.

Rusiya Maliyyə Nazirliyinin açıqlamasına görə, sentyabr ayında neft və təbii qaz gəlirləri 452,4 milyard rubl, avqust ayında isə 424 milyard rubl təşkil edib.Bəyanatda oktyabr ayında mədən vergisindən 1 trilyon 122,6 milyard rubl, əlavə gəlir vergisindən isə 358,6 milyard rubl toplandığı və neft şirkətlərinə ödənişlərdən və digər güzəştlərdən sonra xalis neft və təbii qaz gəlirlərinin 971,2 milyard rubl olaraq qeydə alındığı bildirilib. Ölkənin neft və təbii qaz gəlirləri yanvar-oktyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 14,07 faiz azalaraq 6,44 trilyon rubla düşüb.

Digər tərəfdən, Rusiya hökumətinin daxili yanacaq qiymətlərini sabitləşdirmək üçün neft şirkətlərinə etdiyi ödənişlər əvvəlki aydakı 305,5 milyard rubldan oktyabr ayında 415 milyard rubla yüksəlib.

Rusiyada tətbiq olunan bu mexanizm çərçivəsində məqsəd neft məhsullarının ixrac qiymətləri daxili qiymətləri aşdıqda büdcədən şirkətlərə ödənişlər etməklə daxili yanacaq qiymətlərini sabitləşdirməkdir.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью