GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
“Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna üzrə sülh danışıqlarını pozmaq üçün Polşa səmasında pilotsuz təyyarə insidentindən istifadə edir”.
Globalinfo.az xəbər verir ki, bunu Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot deyib.
“Onlar Rusiyaya qarşı müharibə ab-havasını qızışdırmaq, sülh sazişinin bağlanmasının qarşısını almaq və ictimaiyyəti qorxutmaq üçün müharibə isteriyası rejiminə keçir!”, – deyə o bildirib.
Filippot iddia edir ki, Avropa ölkələrinin hazırkı başçıları yalnız münaqişə davam edəcəyi təqdirdə hakimiyyətdə qala bilərlər.
Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus “Şahid” PUA-lar Polşa hava məkanına hücum edib.
Əliyar Xəlil
Globalinfo.az